İsgəndər Əsgərov yeni təyinat alıb

Təcrübəli həndbol hakim-inspektoru İsgəndər Əsgərov növbəti təyinat alıb.

Sportline.az Azərbaycan Həndbol Federasiyasına istinadən xəbər verir ki, o, kişi həndbolçuların EHF Avropa kubokunun III mərhələsinin “HC Viktor” – “Byanko Monte Drama” görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Rusiya və Yunanıstan klublarının görüşü dekabr ayının 4-də Stavropol şəhərində təşkil ediləcək.