İslamiada: Daha iki güləşçimiz finalda

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunları davam edir.

Sportline.az xəbər verir ki, bu gün Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb. 

Sərbəst güləşçimiz İslam Bazarqanovun (57 kq) ilk rəqibi Tambi Roland (Kamerun) xalça üzərinə çıxmayıb. O , daha sonra 1/4 finalda Ali Momenijoujadeyə (İran) 4:2, yarımfinalda Said Zazaiyə (Əfqanıstan) 10:0 hesabı ilə qalib gəlib. 

Qadın güləşçimiz Ruzanna Məmmədova (62 kq) isə yarımfinalda özbəkistanlı Nigina Sabirovanı (6:0) üstələyib.