İspaniya klubları son 18 finalda qələbə qazanıblar
İspaniya klubları 2001-ci ildən bəri avrokubokların finallarında digər ölkələrin komandalarına uduzmur.
Sportline.az xəbər verir ki, 2000/2001 mövsümündə “Bavariya” Çempionlar Liqasının finalında “Valensiya”nı, UEFA Kubokunun finalında isə “Liverpul” “Alaves”i məğlub edib. O vaxtdan bəri İspaniya klubları digər çempionatların komandalarına qarşı keçirdiyi 18 finalın hamısında qalib gəlib.
Qeyd edək ki, "Sevilya" bu gün Avropa Liqasının həlledici matçında "Roma"nı penaltilər seriyasında məğlub edərək çempion olub.