İspaniya klubu baş məşqçinin müqaviləsini uzadıb

La Liqa klublarında "Sevilya" baş məşqçi Fransisko Xavier Qarsia ilə yeni müqavilə imzalayıb.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, 50 yaşlı mütəxəssis 2027-ci ilə qədər Əndəlüs klubuna rəhbərlik edəcək.

2024-cü ilin iyununda "Sevilya" klubuna baş məşqçi təyin olunan ispaniyalı çalışdırıcı komanda ilə 7 oyunda ortalama 1.14 xal toplayıb.

Xavier Qarsia daha əvvəl "Las Palmas"da və "Barselonan"ın aşağı yaş komandalarında çalışıb.

Qeyd edək ki, "Sevilya" bu mövsüm La Liqada 7 oyundan sonra 8 xal toplayıb.