İspaniyadan Fransaya
"Sevilya" futbolçusu Roni Lopeşi icarəyə verib.
Sportline.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Trua"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı futbolçu 2023-cü ilin yayına qədər Liqa 1 klubunda çıxış edəcək.
Roni Lopeş daha əvvəl Fransada "Monako", "Lill", İngiltərədə "Mançester Siti" kimi komandaların formasını geyinib.