İspaniyalı futbolçu üçün AVRO 2024 başa çatıb

Almaniya ilə 1/4 final matçında zədələnən İspaniyanın yarımmüdafiəçisi Pedri AVRO 2024-ün qalan oyunlarında iştirak edə bilməyəcək.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 21 yaşlı ulduz futbolçu diz nahiyəsindən ciddi zədə alıb.Pedrinin 2 ay sonra yaşıl meydanlara qayıdacağı təxmin edilir.

Pedri Almaniya ilə oyunun 8-ci dəqiqəsində Krossla girdiyi mübarizədə zədələnərək meydanı tərk etmişdi.

Qeyd edək ki, Almaniya seçməsini mübarizədən kənarlaşdıran "Qırmızı furiya" yarımfinalda Fransa millisi ilə üz üzə gələcək.

Görüş iyulun 9-da Münxendə keçiriləcək.