İspaniyalı hakimlər üçün AVRO 2024 başa çatıb

İspaniyalı hakim Xesus Gil Manzano, onun köməkçiləri Dieqo Barbero Sevilya və Anxel Nevado Rodriqes, eləcə də videohakim Alexandro Ernandes-Hernandezin AVRO 2024-dəki işləri başa çatıb.

Sportline.az xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb.

Xesus Gil Manzano çempionatın qrup mərhələsində Avstriya-Fransa oyununu idarə edib.

Ernandez-Ernandez isə Türkiyə-Gürcüstan və Şotlandiya-Macarıstan görüşlərində VAR hakimi qismində çalışıb.

Qeyd edək ki, Avropa Çempionatında 1/8 final mərhələsi bu gün keçiriləcək 2 oyunla start götürəcək.