"Qəbələ"ni futbolçusu oynadı, komandası İsrailə uduzdu

"Qəbələ"nin futbolçusu Sabien Lilayın şərəfini qoruduğu Albaniya seçməsi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib İsrail komandası olub. 

Görüş İsrailin qələbəsi ilə yekunlaşıb - 2:0.

S.Lilay meydana 46-cı dəqiqədə çıxıb.

Qeyd edək ki, 3 oyundan sonra hesabında 3 xalı olan Albaniya qrup sonuncusudur.

Millətlər Liqası
"C" Liqası, 1-ci qrup

İsrail - Albaniya - 2:0
QOLLAR:
 Hemed, 8 (1:0); Dia Saba, 83 (2:0)