İstanbul derbisini qadın hakim idarə edə bilər

Superliqanın 25-ci həftəsində keçiriləcək “Qalatasaray”-“Fənərbaxça” derbisi öncəsi hakim müzakirələri davam edir. 

Sportline.az "Fanatik" qəzetinə istinadən xəbər verir ki, qarşılaşmanı idarə edəcək hakimin yerli, yoxsa əcnəbi olacağı hələ də bəlli olmasa da, 10 əcnəbi hakimin adı gündəmə gəlir.

Bu hakimlər arasında qadın hakim Stefani Frappartın da adı çəkilir.