İsveçrə millisi İtaliya ilə oyunda Avropa çempionatının rekordunu müəyyənləşdirib

İsveçrə millisi Avropa çempionatında rekorda imza atıb. 1/8 finalda İtaliya ilə görüşdə Murat Yakının komandası 2:0 hesabı ilə qalib gələrək adını 1/4 finala yazdırıb.

Sportline.az xəbər verir ki, Remo Freulerin 37-ci dəqiqədə vurduğu qoldan əvvəl İsveçrə millisi ardıcıl 31 dəqiq ötürmə etdi - bu, AVRO tarixində ən uzun qol kombinasiyasıdır.

Statistik göstəricilər 1980-ci ildən hesablanır. Əvvəlki rekord AVRO-2016-da Belçika millisinin yarımmüdafiəçisi Aksel Vitselin İrlandiyaya vurduğu qoldan əvvəl 28 ötürmə idi.

Xatırladaq ki, Avropa Çempionatında günün ikinci oyununda ev sahibi Almaniya Dortmund şəhərində Danimarla seçməsi ilə üz üzə gələcək.

Banner