İtaliya klubu rusiyalı futbolçunun müqaviləsini ləğv edir
İtaliyanın "Fiorentina" klubu futbolçusu Aleksandr Kokorinlə yollarını ayıracaq.
Sportline.az "RB Sport" nəşrinə istinadən xəbər verir ki, Florensiya təmsilçisi yayda 31 yaşlı yarımmüdafiəçinin müqaviləsini ləğv edəcək.
"Bənövşələr" rusiyalı oyunçunu təzminatsız başqa kluba göndərəcək.
Qeyd edək ki, Aleksandr Kokorin 2021-ci il yanvarın 27-də "Fiorentina"ya keçib. Onun sözləşməsi 2024-cü ildə başa çatmalı idi.