İtaliya klubunda koronavirus şoku

İtaliya B Seriyası təmsilçisi “Venesiya”nın bir futbolçusu koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Koronavirus testi pozitiv çıxan oyunçunun adı açıqlanmayıb. Komandanın məşqləri dayandırdığı və iki həftə karantinə alınacağı bildirilib.

Xatırladaq ki, B Seriyasında mövsümün iyunun 17-də bərpa olunacağı gözlənilir.