İtaliya millisində son durum
İtaliya millisinin DÇ-2022-nin pley-off mərhələsində Şimali Makidoniya ilə yarımfinal oyunu öncəsi son durumu məlum olub.
Sportline.az "Football Italia”ya istinadən xəbər verir ki, komandanın müdafiəçiləri Leonardo Bonuççi və Corcio Kyellini görüşü buraxa bilər. Ona görə də ötən yayla müqayisədə müdafiə xəttində ciddi dəyişikliklər olacağı gözlənilir. Kyellini bu yaxınlarda baldırından aldığı zədədən yeni sağaltdığı üçün onun qarşılaşmada iştirak etməyəcəyi ehtimal olunur. Həmçinin Bonuççi də zədəlidir. Baş məşqçi Roberto Mançini Kyellini və Bonuççinin əvəzinə Françesko Açerbi və Alessandro Bastoniyə ümid bəsləyir.
Qeyd olunur ki, digər müdafiəçi Covanni Di Lorenzo da sıradan çıxıb. Onu Alessandro Florenzi əvəz edəcək. Emerson Palmerinin bu səbəbdən sol cinahda oynamaq ehtimalı yüksəkdir.
Qeyd edək ki, bu gün Palermoda, “Renzo Barbera” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.