İtaliya millisinin üzvü həbs edildi

İtaliyanın “Cenoa” klubunun hücumçusu Manolo Portanova həbs edilib.

Sportline.az ANSA-ya istinadən xəbər verir ki, 21 yaşlı futbolçu gənc qıza cinsi təcavüzdə ittiham olunur.

2021-ci il mayın 30-da Siena şəhərindəki  mənzildə baş verən hadisəyə görə Manolo ilə yanaşı, daha iki nəfər iyunun 7-də məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, Portanova İtaliyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvüdür.

Banner