Joao Feliks İngiltərə klublarının hədəfində
"Aston Villa" və "Vulverhempton" "Atletiko Madrid"in yarımmüdafiəçisi Joao Feliksin xidmətində maraqlıdır.
Sportline.az Marca nəşrinə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçiləri 23 yaşlı futbolçunu icarəyə götürməyi planlaşdırırlar.
Portuqaliya millisinin üzvü ötən mövsümün ikinci hissəsini icarə əsasında "Çelsi"də keçirmişdi.
O, meydana çıxdığı 16 oyunda 4 qola imza atıb.
2020/2021 mövsümündə "Atletiko" ilə İspaniya çempionu olan futbolçu baş məşqçi Dieqo Simeone ilə gərgin münasibətlərə görə, Madrid klubunda oynamaq istəmir.