Juninyo zədələnib
Braziliya çempionatının 9-cu turunda eks "Qarabağ"lı Juninyonun klubu - lider “Flamenqo” öz meydanında “Botafoqo”nu 1:0 hesabı ilə məğlub edib.
Sportline.az xəbər verir ki, start heyətdən meydana çıxan Juninyo 11-ci dəqiqədə yerə yıxılıb və əvəzlənməsini istəyib.
Juninyonun yekun durumu tibbi müayinədən sonra müəyyənləşəcək.