Kadi Borges: "Rəhmətə gedənlərin ailə üzvlərinin yanında olub, onları qucaqlamaq istəyərdim"

Avropa Liqasının ikinci turunun "Qarabağ" - "Nant" matçından öncə Ağdam klubunun futbolçusu Kadi Borges mətbuat konfransında iştirak edib.

Sportline.az xəbər verir ki, braziliyalı futbolçu Fransa təmsilçisinə qarşı keçiriləcək görüş haqda fikirlərini bildirib:

"İlk növbədə cəbhədə həyatı itirənlərin ailələrinə başsağlığı verirəm. Bilirəm, nə qədər çətin dönəmdi ölkə üçün. Rəhmətə gedənlərin ailə üzvlərinin yanında olub, onları qucaqlamaq istəyərdim. Bununla onlara öz dəstəyimi göstərərdim. Aydın məsələdir ki, bizi çətin oyun gözləyir, çətin rəqibdi. Rəqabətli oyun olacaq. "Nant"ı məşqçi heyətimiz analiz edib, rəqib haqda yetəri qədər məlumat almışıq. Ümud edirəm ki, azarkeşlər üçün yaxşı tamaşa olacaq, stadiona gələnlər oyundan zövq alacaq. Əlimizdən gələni edəcəyik ki, yekunda qalib gələn tərəf biz olaq".