Kaka Messinin MLS-ə gəlişini şərh etdi

Kaka Lionel Messinin "İnter Mayami"yə keçidinin MLS-ə müsbət təsir edəcəyinə inanır.

Sportline.az xəbər verir ki, əfsanəvi futbolçu Messinin gəlişini belə şərh edir: “Amerika futbolu üçün, bu, inanılmazdır. Messinin transferi MLS-in gələcək inkişafına töhfə verəcək. Mən inanıram ki, yaxın gələcəkdə MLS dünyanın ən rəqabətli və baxılan liqalarından birinə çevriləcək”.

Banner