Kan "Bavariya"dan ayrılmağının səbəbini açıqladı

"Bavariya"nın sabiq funksioneri Oliver Kan klubdan ayrılması haqda fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, o, Bild nəşrinə açıqlamasında bunu futbolçu keçmişi ilə əlaqələndirib.

"Əgər sən insanların hafizəsinə qapıçı kimi həkk olunmusansa, ondan artığını eləmək olduqca çətin məsələdir. Onlar dərk eləmirlər ki, artıq başqa sahədəsən. Onlara qapıçı Kan lazımdır" - deyə Olver bildirib.

Xatırladaq ki, "nəhəng" ləqəbli qolkiper "Bavariya"da keçirdiyi 14 il ərzində 632 oyunda qapısından 592 top buraxıb.

O, 2021-ci ildən 2023-cü ilədək klubun idarə heyətinin sədri olub.