Kapitan ikinci pilləyə yüksəldi
Dortmund "Borussiya"sının kapitanı Mats Hummels komandanın Bundesliqada daha çox oyun keçirən futbolçularındandır.
Sportline.az klubun saytına istinadla xəbər verir ki, təcrübəli müdafiəçi artıq bu siyahıda ikinci pilləyə yüksəlib.
"Verder"lə görüş (1:0) onun 349-cu qarşılaşması olub.
O, bu nəticə ilə Roman Vaydenfellerə şərikdir.
Siyahıya Mixael Sork başçılıq edir.
Onun aktivində 463 oyun var.