Kapitandan ilk qol

Azərbaycan Premyer Liqasının 7-ci turunda "Turan Tovuz"la matç "Sabah"ın kapitanı Elvin Camalov üçün əlamətdar olub.

Sportline.az xəbər verir ki, o, “Bank Respublika Arena”da keçirilən və Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşan oyunda fərqlənməyi bacarıb.

Belə ki, oyuna əlavə edilmiş 5-ci dəqiqədə rəqibin qapısına təyin edilmiş penaltini dəqiq yerinə yetirən Elvin, Azərbaycan çempionatında ilk qoluna imza atıb.

Banner