Karate üzrə Azərbaycan millisi Avropa çempionatında 3-cü medalını qazanıb
İspaniyanın Quadalaxara şəhərində keçirilən karate üzrə 54-cü Avropa çempionatı sona yaxınlaşır. Yarışda mübarizə aparan seçməmiz hesabına 3-cü medalı əlavə edib.
Sportline.az xəbər verir ki, komandamızı kata növündə təmsil edən Roman Heydərov bürünc medal uğrunda almaniyalı İlya Smorqunerle ilə mübarizə aparıb. 25,9 xal toplayan karateçimiz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan komandasının lideri Rafael Ağayev (75 kq) gümüş, Asiman Qurbanlı isə (+84 kq) bürünc medal qazanıb.
Avropa çempionatına martın 31-də yekun vurulacaq.