Karateçilərimiz üçün ilin ilk sınağı

Azərbaycan karateçiləri ilin ilk beynəlxalq turnirinə yollanır.

Sportline.az Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yeniyetmə və gənclərdən ibarət seçmə komandalar 12 - 14 yanvar tarixlərində Samobor şəhərində 27-ci Xorvatiya Qran Prisi uğrunda nüfuzlu yarışda iştirak edəcək. 

14 - 15 yaşlı yeniyetmələr və 16 - 20 yaşlı gənclərin baş məşqçisi Anar Allahverdiyev və köməkçi məşqçi Şahin Xudaverdiyev avropa çempionatı qabağı 29 idmançını sınaqdan keçirəcək.

Yeniyetmələrdən Fərid Ağayev (52 kq), Əminağa Əliyev (57 kq), Tale Yaqubov (63 kq), Hüseyn Hüseynzadə (70 kq), Osman Osmanlı (+70 kq), Fidan Dadaşova (47 kq), Fidan Həmidova (54 kq) və Ayla Rzazadə (+54 kq) tatamiyə çıxacaq. 

16 - 17 yaşlı gənclər arasında Müseib Məmmədov (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Məhəmməd Məmmədov (68 kq), Əli Quliyev və Murad Orucov (hər iksi 76 kq), Babək Qələmzadə (+76 kq), Mədinə Sadıxova (48 kq), Renata Ərəbli (53 kq), Səma İmanzadə (59 kq), Bəsti İsmayılova (+59 kq), 18 - 20 yaşlı gənclərdə isə Elcan Məmmədrzayev (60 kq), Ülvi Qurbanov (60 kq), Hüseyn Əliyev (67 kq), Ruslan Əhmədov (75 kq), Murad Balakişiyev (84 kq), Murad Hacızadə (+84 kq), Asiya Məlikova (50 kq), Aytac Əliyeva (55 kq) mübarizə aparacaq.

Kata üzrə seçmə komandaların baş məşqçisi Vahid Ayvazov və onun köməkçisi Vüqar Kərimov Xorvatiya Qran Prisində yeniyetmələrdən Həsən Həsənli və Zəhra Qurbanzadəyə, 16 - 17 yaşlı gənclərdən isə Ceyhun İsmayılova etimad göstərib. Bu heyətdən əlavə kata üzrə məşqçi Anar Əhmədov, beynəlxalq hakim Cahangir Babayev və milli dərəcəli hakim Namiq Pirverdiyev də yarışa yola düşürlər. 

Qeyd edək ki, turnir fevralda Rusiyanın Soçi şəhərində keçiriləcək Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyır.