Karateçimiz nüfuzlu turnirə dəvət alıb

Azərbaycan karatesinin liderlərindən olan Ayxan Mamayev (-84 kq) Xorvatiyada “Super 8” beynəlxalq turnirinə dəvət alıb.

Sportline.az xəbər verir ki, Xorvatiya Karate Federasiyasının təşkil etdiyi yarış, dünyanın 7 tanınmış idmançısının iştirakı ilə keçiriləcək.

A.Mamayevlə birgə turnirdə Kenji Qrillon (Fransa), Erman Eltemur (Türkiyə), Miçele Martina (İtaliya), Alvin Karaqi (Kosova), Djordje Teşanoviç (Serbiya), Enes Qariboviç və  Ante Mrviçiç (Xorvatiya) kimi Dünya və Avropa çempionatlarının qalib və mükafatçıları mübarizə aparacaq.

Turnir mütləq çəki dərəcəsində qrup sistemi üzrə keçiriləcək. Hər iki qrupun qalibi finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda yarışacaq.

Qeyd edək ki, turnir mayın 11- də Zaqrebdə keçiriləcək.