Karlo Ançelotti Arda Gülərə şans verəcək
Karlo Ançelotti Arda Gülərə "Mançester Siti" ilə görüşdə şans verəcək.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, təcrübəli çalışdırıcı bu gün keçirilən məşqdə Arda Gülər və Luka Modriçi yanına çağıraraq bəzi mövzuları müzakirə edib.
Belə ki, Karlo Ançelotti Arda Gülərə bu gün keçiriləcək "Mançester Siti" görüşündə şans vermək istədiyini və Luka Modriçin gənc yarımmüdafiəçiyə lazımı tapşıqıları verməsini istəyib.
Qeyd edək ki, "Real Madrid" klubu bu gün UEFA Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.