Karlsen nədən qorxub?

"Uduzmaq qorxusu dünya çempionluğu uğrunda oyuna çıxmamağımın mühüm səbəbidir".

Sportline.az xəbər verir ki, bunu şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsen Leks Fridmanın "Yutub" kanalına müsahibəsində bildirib.

Beşqat dünya çempionu rusiyalı Yan Nepomnyaşi ilə 2023-cü ildə keçiriləcək dünya çempionatı matçında öz titulunu qorumamasının səbəblərindən danışıb. O, etiraf edib ki, rusiyalı rəqibinə uduzmamaq üçün bu görüş onda maraq formalaşdırmayıb:

"Dünya çempionatında məğlubiyyət qorxusu məni motivasiya edir. Digər turnirlərdə qələbə sevgisi mühüm amil sayılır. Ona görə də dünya çempionatı matçından daha çox digər turnirlərdəki qələbələrimə sevinirəm. Bəli, uduzmaq qorxusu dünya çempionatında oyun keçirməməyimin mühüm səbəbidir. Bu mənə sevinc bəxş etmir. Burada hər şey məğlubiyyətdən qaçmaqla bağlıdır".

Qeyd edək ki, Maqnus Karlsen iyulun 20-də dünya çempionluğu titulunu müdafiə etməyəcəyi ilə bağlı açıqlama yayıb. Bu səbəbdən, Beynəlxalq Şahmat Federasiyası 2023-cü ildə Yan Nepomnyaşinin dünya şahmat tacı uğrunda İddiaçılar Turnirinin ikincisi olmuş çinli Dinq Lirenlə görüşəcəyini bildirib.