Kasadonu Mançester klubu transfer etmək istəyir
"Mançester Yunayted" "Barselona"nın yarımmüdafiəçisi Mark Kasadonu heyətinə qatmaqda israrlıdır.
Sportline.az xəbər verir ki, bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.
22 yaşlı futbolçunun dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 19 matçda 1 asistlə yadda qalıb.