Kay Havertsin uğur sirri

Kay Haverts cari mövsümə uğurla başlayıb.

Sportline.az xəbər verir ki, "Arsenal"ın baş məşqçisi Mikel Arteta inamlı çıxışla diqqət çəkən hücumçunun uğurunun sirrini açıqlayıb.

"Onun yüksək səviyyədə oynamasının sirri sevgidədir. Kay, sevgiyə daha çox ehtiyac duyan futbolçulardandır. Bu hiss həyatda olduğu kimi, futbolda da əsas amillərdəndir", - deyə Arteta sualı cavablandırıb. 

Qeyd edək ki, 25 yaşlı almaniyalı futbolçu bu mövsüm meydana çıxdığı 9 oyunda 5 qol, 1 asistlə yadda qalıb.