Kazemiro "Mançester Yunayted"dən ayrılmaq istəyir
"Mançester Yunayted"in brazilyalı futbolçusu Karlos Enrike Kazemiro mövsümün sonunda klubdan ayrılmaq istəyir.
Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, Kazemiro İngiltərə klubunda xoşbəxt deyil. Bu səbəbdən ayrılmaq fikrində qətidir.
33 yaşlı futbolçunun transfer qiyməti 15 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Kazemiro 2022-ci ilin yayında "Real Madrid"dən "Mançester Yunayted"ə 70.6 milyon avro qarşılığında transfer olmuşdu.