Kazemiro ölkəsinə qayıdır

"Mançester Yunayted"in brazilyalı futbolçusu Kazemiro klubdan ayrılmağa hazırlaşır.

Sportline.az jurnalist Jorge Nikolanın məlumatına istinadən xəbər verir ki, "Flamenqo" Kazemironu transfer etmək istəyir.

32 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə 12 milyon avrodur.

Qeyd edək ki, Kazemiro 2022-ci ilin yayında 70.6 milyon avro qarşılığında "Real"dan "Mançester Yunayted"ə transfer olunub.

Onun İngiltərə klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Kazemiro bu mövsüm çıxış etdiyi 24 matçda 3 qolla yadda qalıb.