Kazemiro "Real"ın ən baha satdığı 3-cü futbolçudur
Kazemiro "Real"ın tarixində ən baha satılan 3-cü futbolçu olub.
Sportline.az xəbər verir ki, onun transferi üçün "Mançester Yunayted" "Real"a 70 milyon avro ödəyəcək.
Madrid klubu yalnız Kriştiano Ronaldo və Anxel Di Mariyanı braziliyalı yarımmüdafiəçidən baha satıb.
Di Mariya 2014-cü ildə 75 milyon avroya "Mançester Yunayted"ə satılıb. Ronaldo isə 2018-ci ildə 117 milyon avroya "Yuventus"a transfer olunub.