Kazemiro: "Vinisius "Real"dan ayrılmaq istəsə, təəccüblənmərəm"

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro Vinisius Juniora qarşı irqçi təhqirlərdən danışıb.

Sportline.az xəbər verir ki, La Liqanın 35-ci turunun matçında "Valensiya" azarkeşlərinin Vinisiusu "meymun" və "axmaq" adlandıraraq təhqir etməsi "Real Madrid" futbolçuları ilə əlbəyaxa davaya səbəb olmuşdu. Nəticədə oyun 8 dəqiqə dayandırılmışdı. Bir vaxtlar "Real"da çıxış edən Kazemiro Vinisiusa dəstək olub.

“Bu cür insanların (irqçilərin) hələ də mövcud olmasından təəssüflənirik. Həyat təkcə yaxşı insanlardan ibarət deyil. Vinisius ilk dəfə deyil, dəfələrlə şikayətlənib. Məncə, La Liqa hərəkətə keçməlidir, çünki onlar belə bir oyunçunu itirə bilməzlər. Mən onun "Real"da olmasına şadam. Amma ayrılmaq istəsə, təəccüblənmərəm” - deyə “Mançester Yunayted”in yarımmüdafiəçisi TNT Sports-a bildirib.

Banner