Keçmiş "Liverpul"lu üsyan etdi: "Polislər qatili tuta bilmirdilər"

Antoni Le Tallek Ansidəki hadisədən sonra Fransa polisini tənqid edib.

Sportline.az xəbər verir ki, bu gün səhər saatlarında suriyalı qaçqın Ansi şəhərində gölün sahilində 6 nəfəri bıçaqlayıb. Həlak olanlardan 4-ü 3 yaşdan kiçik uşaqdır.

"Liverpul", "Şoşo" və "Oser"in keçmiş oyunçusu , hazırda Ansi gənclər komandasını çalışdıran Le Tallek hadisənin şahidi olub. O, hücumu sosial media səhifəsində yerləşdirdiyi videoda təsvir edib. 

“Mənə bir nəfər dedi ki, "“Qaç, qaç, kimsə bütün sahildə insanları kəsir!”. Mən, bir az təəccübləndim, yoluma davam etdim. Sonra gördüm ki, bu oğlan həqiqətən də mənim qarşımda otların üstündə gəzir. Ondan beş-on metr arxada olan polislər onu tuta bilmirlər. O, mənə tərəf gedir, mən bir az geriyə qaçıram və görürəm ki, düz nənə və babaya doğru gedir. Orada babaya hücum edir, ona bir-iki bıçaq zərbəsi vurur”, deyə Le Tallek bildirib.