Keçmiş niderlandlı futbolçu "Börnli"yə rəhbərlik edə bilər

“Mançester Yunayted”, “Real” və Niderland millisinin sabiq hücumçusu Rud van Nistelroy “Börnli”nin baş məşqçisi olmağa yaxındır.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, İngiltərə klubu 47 yaşlı mütəxəssislə danışıqlar aparıb.

Xəbərdə bildirilir ki, daha əvvəl Frank Lempard və Skot Parkerin də adları klubla hallanıb.

Hazırda "Börnli" klubunun sükanı arxasında uelsli Kreyq Bellamidir.

Qeyd edək ki, komanda 2023/2024 mövsümünün yekunlarına əsasən Premyer Liqanı 19-cü pillədə tamamlayıb və Çempionşipə yuvarlanıb.