Kenan Yıldız "Arsenal"a keçir?
“Arsenal” Kenan Yıldızın transferi üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, İngiltərə klubu “Yuventus”da çıxış edən Türkiyə millisinin üzvünü heyətinə qatmaqda ciddi maraqlıdır. “Indykaila”nın məlumatına görə, “Arsenal”ın nümayəndələri Kenan Yıldızın transferi ilə bağlı danışıqlar aparmaq üçün İtaliyaya səfər ediblər. “Arsenal”ın əsas hədəflərindən birinin Vinisius Junior olduğu, braziliyalı hücumçunun transferi baş tutmasa, klubun diqqətini Kenan Yıldıza yönəldəcəyi qeyd edilir.
İddialara görə, İngiltərə klubu artıq 20 yaşlı futbolçunun mümkün transferi ilə bağlı bütün detalları öyrənməyə çalışır. Bununla belə, “Yuventus”un Kenan Yıldızı klubdan göndərmək istəmir.