"Kəpəz" Kərim Diniyevi itirdi

Topaz Premyer Liqanın 10-cu turunda “Keşlə” ilə səfər oyununda zədələnərək əvəzlənən "Kəpəz"in futbolçusu Kərim Diniyevin vəziyyətinə aydınlıq gəlib.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, MRT müayinəsindən keçən yarımmüdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib. O, təxminən 20-25 gün məşq edə bilməyəcək. Diniyevin sağ dizi burxulub. Bundan əlavə menisküsda ikinci dərəcəli degenerasiya və ön çarpaz bağda birinci dərəcəli gərilmə olduğu bildirilib.