"Kəpəz" klubunun kapitanı dəyişib

Dörd illik fasilədən sonra futbol üzrə Azərbaycan Premyer Liqasına qayıdan "Kəpəz"in kapitanı dəyişib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra kapitanlıq sarğısını Tural Axundov daşıyacaq. 34 yaşlı müdafiəçi 2015/2017 mövsümlərində də "sarı-göylər"in kapitanı olub.

Əli Səmədov və Rauf Əliyev isə Gəncə təmsilçisinin vitse-kapitanları olacaq.

Qeyd edək ki, "Kəpəz" ilk turda bu gün "Dalğa Arena"da "Zirə"ni qəbul edəcək.