"Kəpəz" sabiq futbolçusunu geri qaytarıb

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, Gəncə təmsilçisi Tural Axundovu transfer edib.

34 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tural Axundov 2015 - 2017-ci illərdə də "sarı-göylər"in şərəfini qoruyub və 2 mövsüm komandanı kapitan kimi meydana çıxarıb.