"Kəpəz"in hazırlığı yekunlaşdı

Topaz Premyer Liqasının 11-ci turunda “Qarabağ”ı qəbul edəcək “Kəpəz” bu oyuna hazırlığın Bakı hissəsini bu gün başa vurub.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, həftənin əvvəlindən paytaxtda hazırlıq keçən “sarı-göylər”in matç öncəsi son məşqi Gəncədə olacaq. Sabah Gəncəyə gedəcək komanda görüşün keçiriləcəyi şəhər stadionunda məşqə çıxacaq. Hazırlıq prosesi saat 16:00-a təyin olunub. Məşq mətbuat və azarkeşlər üçün açıq olacaq.