"Kəpəz"in icraçı direktoru Şahin Diniyevin istefası xəbərinə münasibət bildirdi
"Ötən gün Şahin Diniyevin istefası ilə bağlı yazmışdılar. Bu barədə məşqçinin də açıqlaması olmuşdu". SportLine.az xəbər verir ki, bu sözləri Qol.az saytına müsahibə verən "Kəpəz"in icraçı direktoru Cabir İbrahimov deyib.
Mütəxəssisin istefası ilə bağlı yayılan xəbərlərə münasibət bildirən klub rəsmisi, "Məsələ ilə bağlı xəbər almaq üçün Şahin Diniyevə zəng vurdum. Dedi ki, klubda rəhbər şəxs sizsiniz, mən sizə bununla bağlı bir söz demişəm? Dedim ki, yox, belə bir şey olmayıb. Dedi ki, onun da xəbəri yoxdur. Yəqin kimdirsə, könül bulandırır. Artıq söz-söhbət çıxarır. Şahin müəllim barədə belə bir fikir klubun daxilində yoxdur. Bunu kim yazdırıb, niyə eləyib, bilmirəm", - deyə sözlərinə əlavə edib.
Qeyd edək ki, ötən gün Topaz Premyer Liqasında "Qarabağ"a məğlubiyyətdən sonra Ş.Diniyevin istefaya göndəriləcəyi ilə bağlı xəbər yayılıb.