"Kəpəz"in rəqibləri müəyyənləşdi

Yanvarın 7-də Bakıda təlim-məşq toplanışına başlayan “Kəpəz” paytaxtdakı hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” yanvarın 13-də klubun əvəzedici heyəti, ayın 15-də isə aşağı liqa təmsilçisi “Sabah” ilə qarşılaşacaq. 

Hər iki matç saat 14:00-da başlayacaq və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında keçiriləcək.