Kerem Aktürkoğlu "Spartak"a keçməkdən niyə imtina etdiyini açıqlayıb

 

"Qalatasaray"ın hücumameyilli yarımmüdafiəçisi Kerem Aktürkoğlunun təmsilçisi Vilyam D'Avila futbolçunun karyerasını "Spartak"da davam etdirməkdən niyə imtina etdiyini açıqlayıb.

Sportline.az xəbər verir ki, D'Avila Sport Ekspress-ə müsahibəsində "Kerem Avrokuboklarda çıxış edən klubda oynamaq istədiyi üçün "Spartak"a keçməkdən imtina edib" fikirlərini səsləndirib. 

Türkiyə mətbuatında çıxan xəbərlər də bu faktı təstiqləyir.

Daha əvvəl Mosvka klubu 25 yaşlı futbolçu üçün "Qalatasaray"a rəsmi təklif göndərmişdi.

Qeyd edək ki, Kerem ötən mövsüm "Sarı-qırmızılılar"ın heyətində 54 oyunda 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.Transfermarkt portalında oyunçunun transfer dəyəri 15 milyon avrodur.