"Keşlə" gücünü I Divizion klubuna göstərdi
Qış toplanışına Bakıda başlayan "Keşlə" ilk yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib I Divizion təmsilçisi "Qaradağ Lökbatan" olub.
Qarşılaşma "Keşlə"nin qələbəsi ilə yekunlaşıb.
11 yanvar 2018
Yoldaşlıq görüşü
"Keşlə" - "Qaradağ Lökbatan" - 3:1
Qollar: Pərdis Fərcad-Azad, 40 (1:0), Emin Mustafayev, 60 (1:1), Əlibəy Məmmədli, 65-pen (2:1), Məqsəd İsayev, 87 (3:1)
İsmət Qayıbov adına stadion