"Neftçi" "Zirə"yə uduzdu, "Keşlə" "Kəpəz"i məğlub etdi
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.
Sportline.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab görüşləri 6-7 fevral tarixlərində olacaq.
2 fevral (çərşənbə axşamı)
16:00. “Keşlə” – “Kəpəz” 1:0
Qol: Sezar Meza Kolli, 42-pen.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
ASK Arena
18:00. “Neftçi” – “Zirə” 0:1
Qol: İlkin Muradov, 26
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüqar Həsənli
Bakcell Arena
1 fevral (bazar ertəsi)
18:00. “Qarabağ” – “Qəbələ” - 3:1
Qollar: Kvabena Ovusu, 55 (1:0), Mahir Emreli, 72 (2:0), 74 (3:0), Ceyms Adeniyi, 88 (3:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov
Reallaşdırılmayan penalti: Uroş Matiç ("Qarabağ"), 33
Tofiq Bəhramov adına Respublika Stadionu
16:00. “Sumqayıt” – “Səbail” - 0:1
Qol: Amil Yunanov, 12 (0:1)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov
“Kapital Bank Arena”