"Keşlə" növbəti transferi rəsmiləşdirdi

“Keşlə” Gürcüstanın “Samtredia” klubundan ayrılan Nicat Qurbanovun keçidini həll edib.

Sportline.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Futbolçu artıq komanda ilə məşqə başlayıb.

Qeyd edək ki, Nicat Qurbanov “Neftçi”, “Kəpəz”, “Simurq”, “Zirə” və “Sumqayıt”da da çıxış edib.