"Keşlə" "Sumqayıt"a aman vermədi, "Qəbələ" 1 xalla kifayətləndi
Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 11-ci tura start verilib. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Lider “Qəbələ” doğma meydanda “Səbail”lə qarşılaşıb və ilk dəfə meydanı heç-heçə ilə tərk edib.
Günün digər oyununda “Keşlə” səfərdə “Sumqayıt”a 3 cavabsız qolla qalib gəlib.
Əvəzedicilərin çempionatı
11-ci tur
5 noyabr
“Sumqayıt” – “Keşlə” – 0:3
Qollar: Elvin Cəfərquliyev, 50. Oleq Hüseynov, 80. Raul Süleymanzadə, 90+2.
“Qəbələ” – “Səbail” – 1:1
Qollar: Xəyal Əmirli, 43 - Xaliq İbrahimov, 22