"Keşlə"dən Honduras çempionatına
"Keşlə"nin sabiq futbolçusu Franko Floresin yeni klubu müəyyənləşib.
Sportline.az xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını Hondurasda davam etdirəcək.
"Real Espanya" klubu argentinalı oyunçu ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, Franko Flores 2019/2020 mövsümündə "Keşlə"də çıxış edib. O, Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb.
Müdafiəçi 2020-ci ilin yayında Bakı klubundan ayrıldıqdan sonra oktyabrda Yunanıstan təmsilçisi “Doxa”ya keçsə də, orada heç bir rəsmi matça çıxmayıb.