Kevin de Brüyne "Siti"də qalır
"Mançester Siti" futbolçusu Kevin de Brüyne ilə müqavilənin müddətini uzadır.
Sportline.az xəbər verir ki, bu haqda bu gün xarici KİV-lər məlumat yayıb. Bildirilir ki, 29 yaşlı belçikalı yarımmüdafiəçi ilə danışıqlar müsbət sonluqla yekunlaşmaq üzrədir.
Qeyd edək ki, Kevinin klubla hazırkı müqaviləsinin vaxtı 2023-cü ilin yayında başa çatır.