Kevin Medina qayıdır
Çempionlar Liqasının II təsnifat mərhələsinin “Sürix” – “Qarabağ” matçında zədələnən Kevin Medina hələ də Ağdam klubuna kömək edə bilmir.
Sportline.az xəbər verir ki, Almaniyada əməliyyat edilən müdafiəçi hazırda Portuqaliyada bərpa prosesi keçir. Onun bu ay komandaya qoşulacağı ehtimal edilir. Medina instaqram hesabında paylaşım edərək yazıb: "Geri qayıdıram" ("İ am coming back").
.jpg)