Keyn "Bavariya"nı lider etdi
"Bavariya" Almaniya Bundesliqasında 12-ci tur oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Münhen klubu "Köln"ün qonağı olub. Matç "Bavariya"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Köln" - "Bavariya" - 0:1
Qol: Keyn, 20
Bu qələbə ilə xalını 32-ə (12 oyun) çatdıran "Bavariya" turnir cədvəlində liderliyə yüksəlib. 11 oyundan 31 xalı olan "Bayer" noyabrın 25-i "Verder"i məğlub etsə yenidən lider olacaq.